
Ələskərovlu “Bursaspor” yenə məğlub oldu
- 19 Dek 2021 20:38
- 512
Futbol üzrə Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
“Bursaspor” 18 turdan sonra 18 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.