
Ələskərovlu “Bursaspor” darmadağınla üzləşdi
- 17 Dek 2021 11:20
- 491
Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Bursaspor” 17 turdan sonra 18 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.