Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tuzlaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Rəqibin iki futbolçusu (26 və 67-ci dəqiqələrdə) meydandan qovulmasına baxmayaraq, bursalılar 87-ci dəqiqədə buraxdıqları qolla məğlubiyyətə üzülüblər.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 25 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.