Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.


Rekord.az xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək.


Həmyerlimiz aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.


Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.