
El Şaaravi karyerasını Türkiyədə davam etdirə bilər
- 29 İyn 2022 18:15
- 427
“Roma”nın hücumçusu Stefan El Şaaravi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Rekord.az xəbər verir ki, “Qalatasaray” klubunun rəhbərliyi ciddi cəhdlə 29 yaşlı italiyalı futbolçunu sıralarına qatmağa çalışır.
Artıq “Qalatasaray” El Şaaravinin transferi ilə bağlı “Roma”ya rəsmi müraciət də ünvanlayıb.
Qeyd edək ki, El Şaaravi “Roma”dan başqa, “Cenoa”, “Milan”, “Monako” kimi klubların formasını geyinib.