
Eddi İsrafilov Vətən müharibəsi vaxtı müsahibə verməməsinin səbəbini açıqladı
- 07 Yan 2022 18:15
- 503
“Neftçi”nin yeni transferi Eddi İsrafilov açıqlama verib.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycan dilində yaxşı danışa bilməməsi ilə əlaqələndirib:
“Müharibə zamanı və bitəndən sonra ordumuzu sosial şəbəkələrdə dəstəkləmişəm. 3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram.
Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra – 10 noyabr 2020-ci ildə “Qələbə günün mübarək, Azərbaycan. Qarabağ Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, “Qarabağ” – Azərbaycandır!”
“Neftçi” Eddi İsrafilovla 2.5 illik müqavilə imzalayıb.