"Eddi İsrafilov Azərbaycandan çox yaxşı təklif alıb".

Rekord.az xəbər verir ki, bu fikirləri "Luqo"nun prezidenti Tino Saques İspaniya mətbuatına açıqlamasında deyib.

O, baxışda olan 29 yaşlı yarımmüdafiəçinin bu səbəbdən komandada qalmayacağını bildirib.

Qeyd edək ki, İsrafilov hazırda "Neftçi" ilə danışıqlar aparır.