Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ"ın Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

Rekord.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

“Sentyabrın 16-dan Bakı Olimpiya Stadionunda "Qarabağ"ın "Bazel"ə qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyununun keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırlacağını nəzərə alsınlar.

Sürücülərdən xahiş eidirk ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər.

Eyni zmanada pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejminin tələblərinə də əməl etmələri xahiş edilir.

Sürücülürimizdən və vətəndaşılarımızdan xahiş edirik ki, metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”.