“Dnepr-1”in fəxri prezidenti Yuri Bereza Ukrayna çempionatının səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Bereza Ukrayna futbolunun inkişaf etdiyini vurğulayıb. O, Ukraynada futbolunun dünəninin bu gündən pis olduğunu iddia edib və “Şaxtyor”a “ilişib”:

“Kim nə deyirsə, desin, futbolumuz inkişaf edir və daha da baxımlı olur. Bəli, elə olur ki, əksər komandalar müdafiədən oynayır və “avtobus” qururlar.

Amma zaman keçdikcə belə komandaların sayı azalır. İndi biz ingilis, italyan və ispan klublarının keçdiyi təkamül yolunu keçirik. Hazırda biz futbolu yenidən qururuq.

Gəlin görək, əvvəllər necə idi. 2014-cü ilə qədər Ukraynada dörd superqrand vardı. Hətta onların əvəzedicilərinə də bir çox Avropa klubları həsəd aparırdı.

Futbolçuların çoxu özlərini sübut etmək üçün zərrə qədər şansları olmasa da, amma ehtiyat oyunçular skamyasını isidirdilər və milyonçu idilər.

Bundan kimlər faydalandı? Bu müddət ərzində Ukrayna futbolunda hansı nailiyyətlər əldə olundu? “Şaxtyor” UEFA kubokunu qazandı?

“Şaxtyor”un heyətindəki legionerlərin sayını nəzərə alsaq, deməliyəm ki, bu kuboka görə yalnız Braziliya şöhrətləndi”.