
"Dinamo"nun məşqinə dovşan girdi VİDEO
- 01 Fev 2022 16:00
- 566
Minsk “Dinamo”sunun məşqinə dovşan qonaq gəlib.
Rekord.az xəbər verir ki, o, azarkeşlər bölməsindən pilləkənlərlə enərək meydançanın kənarı ilə qaçıb.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Məşqçilər korpusu artıq futbolçunun heyrətamiz sürətini, eləcə də meydançanı əla görməsini qeyd edib”, - deyə zarafatla bildirilib.
Həmçinin, mətbuat xidməti klubun azarkeşlərindən dovşanı komandaya qəbul edib-etməmək barədə soruşub.