
"Dinamo"nun baş məşqçisi: "Mahir indi daha yaxşı formadadır"
- 15 Fev 2022 21:15
- 563
Millimizin hücumçusu Mahir Emrelinin yeni klubu "Dinamo"nun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsində "Sevilya" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, Zaqreb klubunun çalışdırıcısı sabahkı matç üçün təşkil edilən mətbuat konfransında komandanın start heyəti haqda verilən sualı da cavablandırıb.
O, Mahir Emrelinin yaxşı formada olduğunu ancaq kimin oynayacağına sabah qərar verəcəyini deyib: "Görək oyun nə vaxt başlayacaq (gülür). Petkoviçə güvənirəm. Onun hazırlığından razı qaldım. Çox uğursuzluğu oldu, ancaq komandaya xeyir verə biləcəyini göstərdi. Mahir Emreli məşq edir, mübarizə aparır, indi daha yaxşı formadadır. Hər kəs oyuna hazırdır. Biz matçı səbirsliklə gözləyirik".
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.