Son günlər di Byazinin Azərbaycan millisindən getmək istəməsinə dair məlumatlar yayılıb.


Rekord.az da məsələni yaxən mənbələrlə araşdırıb və məlum olub ki, həqiqətən, belə söhbət var. 


Lakin italiyalı məşqçi bu dəqiqə postunu tərk etmək fikrində deyil. O, ən azı seçmə mərhlənin sonuna kimi Azərbaycan millisinin baş məşqçisi kimi çalışmaq istəyir. Lakin seçmə mərhələnin sonunda postundan getmək istəyir. Səbəbə gəlincə, di Byazi millidəki hazırkı şəraitdən narazıdır. Həm futbolun səviyyəsi, həm futbolçuların hazırlığı, həm də ən əsası, AFFA tərəfindən tez-tez işinə müdaxilə cəhdləri onun ürəyincə deyil.