Deşam Fransa millisindən getdi
- 13:30
- 53
Didye Deşam Fransa milli komandasının baş məşqçisi postundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. Fransa yığması həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.
Fransa millisi DÇ-2026-da bürünc medal uğrunda matçda İngiltərəyə məğlub olub.