AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimə edilib.


“Zirə” – “Şamaxı” oyununun 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb, “Şamaxı” komandası 1000 manat cərimə edilib.


“Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.


“Araz-Naxçıvan” – “Sabah” oyunu bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilib.