
Dembele ilə bağlı qərar verildi
- 24 Dek 2021 14:21
- 496
“Barselona”nın futbolçusu Usman Dembele ilə müqaviləni yeniləyəcəyi dəqiqləşib.
Rekord.az “Diario Sport”a istinadən xəbər verir ki, tərəflər arasında gələn həftə 5 illik sözləşmə imzalanacaq.
Fransalı yarımmüdafiəçi maaşının azaldılmasına razılaşıb.
Qeyd edək ki, 2017-ci ildən "Barselona"da çıxış edən Dembele bu mövsüm La Liqada 5 oyun keçirib, 2 məhsuldar ötürmə verib.