AFFA-nın müqaviləsini daha 10 ay müddətinə uzatdığı millinin baş məşqçisi Canni de Byazi yığmada 45 futbolçuya güvənib.

Rekord.az xəbər verir ki, fəaliyyətinin əvvəlki 2 ilində komandanı 20 oyuna çıxaran italiyalı yalnız 11 futbolçuya qarşılaşmaların ən azı yarısında şans verib.

Söhbət 10 və daha çox matç çıxanlardan gedir. Heç bir oyunçu 20 görüşün hamısında çıxış etməyib.

Rekordçular Anton Krivotsyukla Ramil Şeydayevdir. Onların hərəsi 17 dəfə meydana çıxıb (apasport.az).

De Byazi ilə ən azı 10 oyuna çıxanlar
1-2. Anton Krivotsyuk - 17
1-2. Ramil Şeydayev - 17
3-4. Azər Salahlı - 16
3-4. Maksim Medvedev - 16
5. Qara Qarayev - 15
6-7. Abbas Hüseynov - 14
6-7. Namik Ələskərov - 14
8. Mahir Emreli - 13
9. Emin Mahmudov - 12
10. Bədavi Hüseynov - 11
11. Rəhim Sadıxov - 10