Xəbər verdiyimiz kimi, De Byazi daha 10 ay Azərbaycan millisinin baş məqçisi olacaq. Daha az maaş müqabilində.

Lakin Rekord.az xəbər verir ki, onun məqçilər korpusunun  tərkibi tam dəqiqləşməyib.

Çünki onların da maaşlarında azalma nəzərdə tutulduğu üçün fikirləşmək üçün vaxt istəyiblər. Ola bilsin, hansınasa sərf etməsin və Azərbaycanda işləməkdən imtina etsin. Ümumilikdə isə dekabrın sonuna kimi bütün bu məsələlərə də tam aydınlıq gələcək. Hələ ki, yalnlz Arif Əsədovun işinə davam edəcəyi dəqiqlşib.