
De Byazi "Torino"nun hansı futbolçusuna Azərbaycan pasportunun verilməsini istəyir?
- 29 Dek 2021 17:47
- 646
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.
Rekord.az xəbər verir ki, müxtəlif vaxtlarda ölkəsində "Torino"nun sükanı arxasında olmuş mütəxəssis “Bu klubun futbolçusuna Azərbaycan pasportu verə bilsəydiz, kimi seçərdiz” sualını cavablandırıb:
"Sayları çox olardı. Amma mən Qleyson Bremer deyirəm. O, sözsüz ki, məhsuldarlığı baxımından A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir.
Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur".
AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.
Braziliyalı Qleyson Bremer 2018-ci ildən "Torino"da çıxış edir. 24 yaşlı oyunçu ölkəsinin əsas və aşağı yaş qruplarından ibarət yığmalarına dəvət almayıb.