Dünən keçirilən "Sumqayıt" - "Zirə" matçını izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi De Byazi də var idi. Bu isə olduqca gözlənilməz və təəccüblü göründü. Çünki italiyalının milli ilə müqaviləsi yaxın 2 gündə başa çatır. Onun postunda qalacağı da inandırıcı deyil və böyük əksəriyyət son seçmə mərhələdə 1 xal yığan məşqçinin göndəriləcəyinə şübhə etmir. Artıq mətbuatda AFFA-nın yeni namizədlərlə danışıqlar apardığına dair məlumatlar da yayılır. 

Lakin belə bir vəziyyətdə De Byazinin çempionat oyununda peyda olması ortaya müəyyən suallar çıxardır. Bəlkə italiyalı postunda qalır? Bəlkə AFFA qərarını dəyişib və onunla yeni müqavilə imzalamağa hazırlaşır? Əks halda müqaviləsinin bitməsinə 2 gün qalmış niyə gəlib "Sumqayıt" - "Zirə" matçını izləsin? Bir halda ki, qalıb-qalmayacağını özü də bilmirsə. Hər halda, yaxın 2-3 günə bu suala da aydınlıq gələr.