Millimizin baş məşqçisi Canni De Byazi son vaxtlar ölkəsi İtaliyada koronavirusa yoluxma hallarının kəskin artmasına reaksiya göstərib.

Rekord.az xəbər verir ki, 65 yaşlı mütəxəssis futbolçuların təhlükəsizliyinin qorunmasının tərəfdarı olduğunu bildirib:

"İtaliya Avropa arenasında COVID-19-la ən yaxşı şəkildə mübarizə apardığını göstərdi. Həyat baxımından yalnız apreldə hər hansı canlanmaya ümid edə bilərik.

Maska ilə 12 saatlıq səyahət etdim. Siz onu həqiqətən çıxarmaq istəyirsiz".