
De Byazi indi də İtaliya millisinin problemini "həll edir"
- 22 Noy 2021 17:45
- 522
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ölkəsi İtaliya mətbuatına növbəti dəfə açıqlama verib.
Rekord.az xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliya yığmasının çıxışına münasibət bildirib.
De Byasi “Kalyari”nin braziliyalı yarımmüdafiəçisi Joao Pedronun “Skuadra Adzurra”ya çağırılma ehtimalını dəyərləndirib.
O, bu milliləşmənin son vaxtlar uğursuz nəticələr göstərən yığmanı vəziyyətdən çıxaracağına inanmır:
“Heç kim inciməsin, Pedronun çağırılması millinin problemlərinin həlli olmayacaq”.
Canni de Byazinin AFFA ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.