
DÇ-2022: Argentina millisi final mərhələsinə vəsiqə qazandı
- 17 Noy 2021 15:40
- 480
Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 14-cü turunun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Uruqvay yığması səfərdə Boliviya ilə qarşılaşıb. Görüş Boliviyanın 3:0 hesablı qələbəsiylə başa çatıb.
Daha əvvəl mundialın final mərhələsinə vəsiqə qazanan Braziliya bu turda Argentina ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə bitib. Bu nəticədən sonra Argentina millisi də DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb.
DÇ-2022-nin seçmə mərhələsi
14-cü tur
17 noyabr
Boliviya – Uruqvay 3:0
Qol: Xuan Karlos Arse, 30; 79. Marselo Moreno, 45.
Venesuela – Peru 1:2
Qol: Darvin Maçis, 52 – Canluka Lapadula,18. Kristian Kueva, 65.
Kolumbiya – Paraqvay 0:0
Braziliya – Argentina 0:0
Çili – Ekvador 0:2
Qol: Estupinan, 9. Kaysedo, 90+3.
Xal durumu: Braziliya – 35, Argentina – 29, Ekvador – 23, Kolumbiya – 17, Peru – 17, Çili – 16, Uruqvay – 16, Boliviya – 15, Paraqvay – 13, Venesuela – 7.