Danimarka kubokunun qalibi bəlli oldu
- 13:00
- 31
Danimarka kubokunun qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, finalında "Midtyulland" "Kopenhagen"lə qarşılaşıb.
Görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək kuboku qazanıblar.
Matçın yeganə və qələbə qolunu 81-ci dəqiqədə Li Han-Bom vurub.
Bu, "Midtyulland"ın tarixində 3-cü kubokdur. Sözügedən komanda həmçinin turnirin finalında 4 dəfə məğlub olub.