
Dani Alvesin forma nömrəsi məlum oldu
- 17 Noy 2021 16:30
- 461
“Barselona”nın yeni transferi Dani Alvesin forma nömrəsi məlum olub.
Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi 8 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Barselona”da daha əvvəl bu formanı hazırda icarə əsasında “Beşiktaş”da çıxış edən Miralem Pyaniç geyinirdi.