Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
- 11:20
- 29
Daha iki legioneri "Karvan-Yevlax"dan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ruandalı hücumçu Coy Slayd Mikels və nigeriyalı yarımmüdafiəçi Qavi Tompson başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Xatırladaq ki, başa çatan mövsümdə Misli Premyer Liqasında sonuncu olan və elitanı tərk edən Yevlax təmsilçisini daha əvvəl Kayl Spens və Pedro Mateus da tərk edib.