"Qarabağ", "Zirə" və "Kəpəz"in ardından daha bir klubumuz qış toplanışını ölkə daxilində keçməyə qərar verib.

Rekord.az-a daxil olan məlumata görə, "Araz Naxçıvan"ın Antalyaya yollanmaq variantı olsa da, qış fasiləsinin qısa olduğu nəzərə alınaraq, bu səfərdən imtina olunub.

Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov böyük ehtimalla Bakıda qalacaqlarını bildirdi. Bununla belə, yekun qərarın da hələ verilmədiyini diqqətimizə çatdırdı.