
Daha bir futbolçumuz Nepal klubu ilə müqavilə bağladı
- 26 Okt 2021 14:00
- 666
Nurlan Novruzovun ardınca daha bir Azərbaycanlı futbolçu karyerasını Nepalda davam etdirəcək.
Rekord.az xəbər verir ki, "Qəbələ"nin və milli komandamızın sabiq müdafiəçisi Sadiq Quliyev adıçəkilən ölkənin "Maçxindira" komansı ilə anlaşıb.
26 yaşlı müdafiəçi ilə razılaşmanın müddəti maya kimi nəzərdə tutulub.
Dünən xəbər verdiyimiz kimi Nurlan Novruzov da "Maçxindira" ilə razılığa gəlib.
Sadiq bu yay "Qəbələ"dən ayrıldıqdan sonra klubsuz qalmışdı. (sportinfo.az)