Daha bir futbolçu AÇ-2024-ü buraxmaq təhlükəsi ilə üz-üzə
- 11 İyn 2024 14:00
- 282
Niderland millisi AÇ-2024-də Frenki de Yonqla yanaşı, daha bir yarımmüdafiəçini itirmək riski ilə üzləşib.
Rekord.az xəbər verir ki, əzələ zədəsi olan “Atalanta”nın yarımmüdafiəçisi Ton Kopemeyners turniri buraxa bilər.
Niderland millisi AÇ-2024-də Polşa, Fransa və Avstriya ilə eyni qrupda çıxış edəcək.
26 yaşlı Kopemeyners ötən mövsümü İtaliya A Seriyasında 12 qol və 5 məhsuldar ötürmə ilə başa vurub. Niderlandlı futbolçu həm də, “Atalanta”nın Avropa Liqasını qazanmasına kömək edib.