Yeni mövsümdən "Region Liqası"nda çıxış edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, söhbət "Xan Çinar"dan gedir.

Cəbrayılı təmsil edən komandanın sənədləri AFFA tərəfindən qəbul olunub. Komanda müvəqqəti olaraq, ev oyunlarını Bakıda keçirəcək.