"Neftçi-2"nin yarımmüdafiəçisi Nazim Bağırov karyerasını ölkə xaricində davam etdirəcək.

Rekord.az xəbər verir ki, 22 yaşlı oyunçu Gürcüstanın Birinci Liqa klubu "Sehvardeni" ilə müqavilə bağlayıb.

Sözləşmənin müddəti 1 illik nəzərdə tutulub.

Nazim son mövsüm "Neftçi-2" ilə Azərbaycan Birinci Divizionun çempionu olub.