İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında keçirilməli olan “Goranboy Qala” – “Şəki” FK oyunu “Şəki” FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Şəki”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasında keçirilən “Ümid” (Saatlı) – “Araz” (İmişli) oyununda “Araz”ın futbolçusu Orxan Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldıqdan sonra AFFA-nı, hakimlər briqadasını təhqir etdiyinə, oyunun rəsmi şəxslərinin şərəf və ləyaqətini alçaltdığına görə 7 oyun cəzalandırılıb.

Region Liqasında keçirilən “Gənclik” İK – “Record Club” oyununda “Gənclik” komandasının futbolçusu Mustafa Kərimov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Səbail” FK – “Qəbələ” İK oyununda “Qəbələ”nin futbolçusu Raul Babayev qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Səbail” FK – “Lion” PFK oyunundan sonra “Lion”un azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə, onlara hədə-qorxu gəlindiyinə görə "Lion"un 3 ev oyunu azarkeşsiz keçirilsin.

U-13 Liqasında keçirilən “Nabran” (Xaçmaz) – “Şahdağ” FK(Qusar) oyununda “Şahdağ”ın məşqçisi Zahid Tayıbov qarşılaşmanın 49-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

U-13 Liqasında keçirilməli olan UGİM (Siyəzən) – “Metak” oyununda UGİM (Siyəzən) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə Siyəzən komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan “Record Club” – “Mübariz” (Binə) oyunu “Record”un heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Record Club”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Gənclər” PFM – “Azart” oyunu “Gənclər”in heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Gənclər”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilən “Zirə” PFK – “Binə” FK oyununda “Binə”nin baş məşqçisi Samir Qasımov qarşılaşmanın 48-ci dəqiqəsində komandanı meydandan çıxartdığına görə oyun yarımçıq dayandırıldığı üçün “Binə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “European” FA – “Asta” FK oyunu “Asta”nın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Asta”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasında keçirilən “Göyəzən” PFK – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının futbolçuları Qəşəm Məmmədov, Elgün Namazov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün 4 oyun cəzalandırılıblar.

U-13 Liqasında keçirilən İOEUGİM (Sumqayıt) – “Paralimpiya” oyunu bitdikdən sonra “Paralimpiya”nın heyətində lisenziyası olmayan futbolçu aşkarlandığına görə “Paralimpiya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.