İsveçrə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun komandası “Qrasshopper” də bu turnirdə növbəti matçına çıxıb.

Səfərdə “Şaffhauzen”lə qarşılaşan futbolçumuzun komandası 4:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Renat da bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.