Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 6-cı turunda “Qrayfsvald”la qarşılaşıb.

Matç qolsuz başa çatıb – 0:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.

“Dinamo” hazırda 11 xalla 6-cı pillədə qərarlaşıb.