Türkiyənin 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Bodrumspor”un qonağı olub.

Diniyev 0:4 hesabıyla uduzduqları bu oyunda 90 dəqiqə meydanda olub. O, 61-ci dəqiqədə sarı vərəqə də alıb.

Digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da bu dəfə səfərdə “Manisa”ya 0:4 hesabıyla uduzub. Həsənalızadə bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Ümraniyəspor” hazırda 2 xalla 17-ci, xala həsrət olan “Tuzlaspor” isə sonuncu pillədə qərarlaşıb.