II Qarabağ savaşındakı şəhidlərimizdən olan Milli Qəhrəman Cəbrayıl Dövlətzadənin adını daşıyan futbol məktəbi açılacaq.

Rekord.az xəbər verir ki, məktəb şəhidin doğulduğu Corat qəsəbəsində, Xəzər dənizinin sahilində nəzərdə tutulub.

Bu təkliflə sözügedən qəsəbəni təmsil edən "Cürət" Futbol Klubu çıxış edib. Klubun təsisçisi və baş məşqçisi Məmmədəli Qəniyevin sözlərinə görə, artıq bununla bağlı AFFA-ya müraciət olunub və federasiyadan dəstək istənilib. Eyni zamanda aidiyatı qurumlara da əkan ayırılması ilə bağlı müraciət olunub və müsbət cavab alınacağına böyük ümid var.