Serbiyalı tennisçi Novak Cokoviç 20 ildən sonra - 2006-cı il Avstraliya Açıq çempionatından bəri ilk dəfə "Böyük Dəbilqə" turnirinin startında uğursuzluqla üzləşib.

Rekord.az ATP-yə istinadən xəbər verir ki, 39 yaşlı idmançı ABŞ Açıq çempionatının I mərhələsində argentinalı Mariano Navoneyə məğlub olub - 2:3 (6:7, 7:5, 6:4, 2:6, 1:6).

25 yaşlı M.Navone ilə görüş 4 saat 40 dəqiqə davam edib. Bu, serbiyalı idmançı üçün "Böyük Dəbilqə" yarışlarının ilk matçlarında rekord göstərici olub.

Qeyd edək ki, N.Cokoviç dünya reytinqində 5-ci, M.Navone isə 49-cu pillədə qərarlaşıb.