ÇL: “Zirə” də 1/4 finala vəsiqə qazandı
- 08 Sen 2023 14:30
- 470
Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finalda Macarıstanın "Santo" klubu ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn "Zirə" 1/4 finala yüksəlib.
Xatırladaq ki, daha əvvəl "Birbaşa Bakı" eyni nəticəni göstərib.