2026-cı ildə UEFA Çempionlar Liqasının final görüşünə ev sahibliyi edəcək stadionun adı açıqlanıb.

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə Çempionlar Liqasının finalı Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da baş tutacaq.