Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolu müəyyənləşib. 

Rekord.az qurumun saytına istinadən xəbər verir ki, “Şerif”in (Moldova) futbolçusu Adama Traorenin 16-cı dəqiqədə “Şaxtyor”a (Donetsk, Ukrayna) vurduğu qol turun ən yaxşısı seçilib. 

Qeyd edək ki, oyun Moldova təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.