
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
- 10 Dek 2021 11:30
- 467
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Atletiko”dan (İspaniya) Antuan Qrizmann, PSJ-dən (Fransa) Kilian Mbappe, “Vilyarreal”dan (İspaniya) Arnot Danjuma və “Lill”dən (Fransa) Conatan İkon namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.