Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, həftənin oyunçusu seçilmək üçün “Real”ın hücumçusu Vinisius Junior və “Borussiya”nın müdafiəçisi Mats Hummels mübarizə aparır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında aydınlıq gələcək.

Hummels “Borussiya”nın PSJ-ni 1:0 hesabı ilə məğlub etdiyi oyunda komandasının yeganə qolunu verib. Vinisius isə “Real” – “Bayern” matçında (2:1) qol və ya ötürmə ilə yadda qalmayıb.