
ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
- 17 Fev 2022 15:15
- 432
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, bu ada dörd futbolçu namizəddir.
Bunlar Fransanın PSJ klubundan Kilian Mbappe, İngiltərənin "Mançester Siti" komandasından Bernardo Silva, Avstriya "Zalsburq"undan Məhəmməd Kamara, İngiltərə "Liverpul"undan isə Vircil Van Daykdır.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.