
Çexiyada karantində qalan azərbaycanlı hakimin son durumu
- 26 Okt 2021 15:00
- 626
Zeynal Zeynalovun vəziyyəti yaxşıdı. Özünü yaxşı hiss edir".
Rekord.az xəbər verir ki, bu sözləri "Football-plus.az" saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib. Qurum rəsmisi Zeynal Zeynalovun COVİD-19 testinin nəticəsinin pozitiv çıxmasına görə Çexiyada qalmasına münasibət bildirdi. Firuz Abdulla hakimimizin xəstəxanada olmadığını vurğuladı.
"Hakimlər Komitəsindən aldığım məlumata görə, Zeynal Zeynalov oteldə karantinə alınıb. Xəstəxanada deyil. 1 həftədən sonra yenidən test verəcək. Həmin analizin nəticəsi neqativ olsa, karantin başa çatacaq. Amma ümumilikdə hamıya bəllidi ki, koronavirusa yoluxanlar 14 gün özünütəcrid etməlidi".
Qeyd edək ki, Konfrans Liqasının oktyabrın 21-də keçirilmiş “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasını Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Referinin köməkçisini dördüncü hakim əvəzləyib. Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib. Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.