
Cerrard "Reyncers"ə təşəkkür etdi
- 12 Noy 2021 18:00
- 468
İngiltərənin Premyer Liqa klublarından “Aston Villa”nın “sükanı arxasına” keçən Stiven Cerrard açıqlama verib.
Rekord.az nadən xəbər verir ki, ingilis mütəxəssis keçmiş klubu “Reyncers”ə təşəkkür etməyi də unutmayıb:
“Aston Villa” İngiltərə futbolunda zəngin bir keçmişə və ənənəyə sahib klubdur. Bu anlaşmadan qürur duyuram.
Mənə belə ikonik bir futbol komandasını idarə etmək fürsəti verdikləri üçün “Reyncers”ə təşəkkür edirəm. Hər zaman qəlbimdə olacaqlar”.
Cerrard “Aston Villa”ya keçməzdən əvvəl Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi olub.