
Cerrard "Liverpul"la oyun haqda
- 13 Dek 2021 18:15
- 526
“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard İngiltərə Premyer Liqasının son turunda “Liverpul"a uduzduqları (0:1) oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, BBC-yə açılqmasında keçmiş komandasının onlardan yaxşı çıxış etdiyini bildirib:
“Liverpul” daha yaxşı oynadı. Onların oyun üslubu bizdən yaxşı idi. Müdafiədə etibarlı oynamağa çalışdıq. Oyunun taleyini penalti zərbəsi həll etdi. Bundan sonra oyuna qoşula bilmədik. Qol buraxdıqdan sonra toparlanmaq çətin olur”.
Qeyd edək ki, "Liverpul"un canlı əfsanəsi 17 il - 1998-2015-ci illərdə Mersisayd təmsilçisində çıxış edib.