Cənub Regional Futbol Federasiyası regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. “Rekord.az” xəbər verir ki, bu il yalnız 3 (üç) nominasiya üzrə qaliblər elan edilib. Buna səbəb pandemiya və onun gətiridyi fəsadlardı.

 

Beləliklə, CRFF 2021-ci ilin futbol adamı, ən yaxşı futbol komandası və ən yaxşı oyunçusu nominasiyalarında qalibləri müəyyənləşdirib. Hər üç nominasiyada “Xan Lənkəran” imzası var.

 

İlin futbol adamı adına “Xan Lənkəran” Futbol Klubunun prezidenti Pərviz Qabil oğlu Hüseynov seçilib. İlin futbol komandası adına da gözlənildiyi kimi “Xan Lənkəran” PFK layiq görülüb. İlin ən yaxşı futbolçusu isə “Xan Lənkəran”ın oyunçusu Zaur Nuruzadə olub.