
“Cenoa”nın yeni baş məşqçisi məlum oldu
- 20 Yan 2022 14:41
- 544
İtaliyanın “Cenoa” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Aleksander Blessinə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Blessinlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Alman mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.