
Çempionlar Liqasında həftənin qolu VİDEO
- 15 Apr 2022 14:14
- 470
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Real”ın futbolçusu Rodriqonun “Çelsi”yə vurduğu qol ən yaxşı seçilib.
21 yaşlı futbolçu 80-ci dəqiqədə Luka Modriçin ötürməsindən sonra topu saxlamadan, birbaşa qapıdan keçirib.
Xatırladaq ki, oyun “Real”ın 2:3 hesablı məğlubiyyəti ilə bitib. Londondakı ilk matçda 3:1 hesabı ilə qalib gələn “kral klubu” yarımfinala yüksəlib.