
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
- 17 Fev 2022 19:33
- 473
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.
Fransalı futbolçu səsvermədə Bernardu Silva ("Mançester Siti"), Məhəmməd Kamara ("Zalsburq") və Vircil Van Deyki ("Liverpul") qabaqlayıb.
Qeyd edək ki, Mbappe 1/8 finalın "Real"la ilk matçının (1:0) əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə qələbə qolunu vurub.