Almaniyanın “Bayern” klubu futbolçusu Leon Qoretskanın müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Alman yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir.

26 yaşlı futbolçu Almaniya milli komandasının da üzvüdür.